Avropa İttifaqı Rusiyadan neft idxalını 90 faiz azaldıb

Mart ayında Rusiya neftinin və neft məhsullarının Avropa İttifaqına idxalı 2019-2022-ci illərin orta aylıq səviyyəsi (15,2 milyon ton) ilə müqayisədə 1,4 milyon tona qədər azalıb.

Azpost.info bildirir ki, bu barədə Avropa Statistika Agentliyinin (Eurostat)  məlumatında deyilir.

Agentliyin analitikləri qeyd ediblər ki, Aİ-nin altıncı sanksiyalar paketi Rusiya neftinin idxalının azalmasına səbəb olub. Belə ki, 2022-ci ilin dekabrından Aİ Rusiyadan tanker neftinin alınmasını, 2023-cü ilin fevralından isə neft məhsullarının idxalını qadağan edib.

Bu ilin mart ayında xam neftin ümumi idxalı 1,17 milyon ton, neft məhsulları isə 0,3 milyon ton təşkil edib. Eyni zamanda, 2022-ci ilin yanvar ayında Rusiyadan neft məhsullarının idxalının həcmi 3,3 milyon ton təşkil edib.

Ekspertlərin fikrincə, neft idxalı 91 faiz, neft məhsulları isə 92 faiz azalıb.

Azpost.info

Əvvəlki məqalə

“Səudiyyədə xoşbəxtəm, daha çox qol vuracağam” –

Sonrakı məqalə

Qazaxıstan millisi 4 oyunun 3-də qalib gəlib –