Avropa İttifaqı yanvar ayında Rusiyaya qarşı 15-ci sanksiyalar paketinin sürətli qaydada hazırlamağı planlaşdırır. Bu dəfə məhdudiyyətlər enerji resurslarının, əsasən də mayeləşdirilmiş təbii qazın (LNG) ixracına təsir göstərəcək.
Azpost.info bildirir ki, bu barədə “Politico” məlumat yayıb.
Verilən məlumata görə, yeni sanksiyalar paketi Aİ ölkələrinin Rusiya qazını almaq imkanlarına əlavə məhdudiyyətlər nəzərdə tutur. Aİ-nin enerji sektoruna qarşı yeni sanksiya məhdudiyyətləri fonunda 2024-cü ildə alışları yenidən sürətlə artmağa başlayıb.
“Politico” bildirir ki, Avropa Komissiyası həmçinin Rusiya neftini logistika ilə təmin edən “tanker donanmasına qarşı sanksiyaları sərtləşdirmək” niyyətindədir.
Qəzetin yazdığına görə, Avropa İttifaqı yanvarda Rusiya iqtisadiyyatına hücumları müzakirə etməyə hazırdır.
İyunun 24-də Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib. O, Rusiya maye qazının Avropa limanları vasitəsilə təkrar ixracına qadağa qoyulmasını nəzərdə tutur.