“Dondurulmuş Rusiya aktivlərindən istifadə sabitliyi poza bilər”- Belçika Baş naziri

“Avropa İttifaqı tərəfindən dondurulmuş Rusiya aktivlərindən istifadə qlobal maliyyə sistemində sabitliyin pozulmasına gətirib çıxara bilər”.

Azpost.info xəbər verir ki, bunu Belçika Baş naziri Alexandr de Kroo bildirib.

Onun sözlərinə görə, Rusiyaya məxsus aktivlərin müsadirəsi və sonradan Ukraynaya verilməsi kapital axınına və xarici investorların ölkəni tərk etməsinə səbəb olacaq hüquqi cəhətdən mürəkkəb addımdır.

“Biz G7 ölkələri və Avropa Komissiyası ilə birlikdə problemin beynəlxalq maliyyə sistemində sabitliyi pozmayan struktur həllini axtarırıq. Bunun üçün hüquqi baza hazırlamaq lazımdır və aydındır ki, Belçika bunu təkbaşına edə bilməyəcək”, – Baş nazir deyib.

Qərb ölkələri Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini bloklayıb.

Azpost.info

Əvvəlki məqalə

Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı artıb

Sonrakı məqalə

MEDİA qəzet və saytlar üçün müsabiqə elan edib