“Avropa rus neft-qazından imtina etməklə intihara əl atır” –PUTİN

“Avropa İttifaqı rus enerji resurslarından imtina etməklə iqtisadi intihara əl atır”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin neft sənayesində vəziyyətlə bağlı bu gün keçirdiyi iclasda deyib.
“Bu gün tamamilə siyasi səbəblər üzündən, şəxsi ambisiyalar və  amerikan hökmranlığının təzyiqi altında Avropa ölkələri neft-qaz bazarına yeni-yeni sanksiyalar tətbiq edirlər. Rusiya enerji ehtiyatları ilə birgə Avropanı həmçinin yüksək iqtisadi fəallıq üçün olan imkanlar tərk edəcək. Bu isə  intihardır. Əlbəttə, bu Avropa ölkələrinin daxili işidir”.
 Putin qeyd edib ki, Avropa uzunmüddətli perspektivdə enerki resurslarının yüksək olduğu regiona çevriləcək.
“Qərb isə yüksək inflyasiyanın məhz bu sanksiyaların bais olduğunu etiraf etməkdən imtina edir və günahkarı kənarda axtarır”.
Əvvəlki məqalə

Azərbaycanda əhalinin sayı açıqlanıb

Sonrakı məqalə

“G7 ölkələri Ukraynaya 15 milyard ayıracaq” –