Avropada təbii qazın qiyməti 950 dollardan aşağı düşüb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 950 ABŞ dollarından aşağı düşüb.

“APA-Economics” xəbər verir ki, 26 may tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) iyun fyuçerslərinin qiyməti 940 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 3,5% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Əvvəlki məqalə

Xəlil Rza Ulutürkün həyat yoldaşı vəfat edib

Sonrakı məqalə

“Putin heç kimi eşitmir, onun öz planı var” –