AXCP və Milli Şuranın etiraz piketinə icazə verildi –

Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında olacaq
03 Oktyabr 2019 - 17:45

Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 8-nə təyin etdiyi piketlə bağlı müraciətinə cavab verib.

Azpost.info bildirir ki, bu barədə AXCP sədrinin müavini İlham Hüseyn məlumat verib.

Müraciətə baxılaraq oktyabrın 8-i saat 15:00-dan 16:00-dək BŞİH-in inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə piketin keçirilməsinə razılıq verilib.

Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.