Şuşaya Prezidentin xüsusi nümayəndəsi təyin edilib- SƏRƏNCAM

Aydın Zöhrab oğlu Kərimov Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən “Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 yanvar tarixli 2460 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 76 (Cild I) ləğv edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əvvəlki məqalə

Xankəndi, Ağdərə və Xocalıda Bərpa, Tikinti və İdarəetmə Xidməti yaradılıb

Sonrakı məqalə

Azərbaycanda Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin adları dəyişdirilib