Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Türkiyədə təlimdə iştirak edib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Kırklareli vilayətində dislokasiya edilmiş 55-ci Mexaniki Piyada Qoşun Briqadası Komandanlığı tərəfindən “BORA-2021” təlimi icra edilib və təlimə Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbçisi qatılıb. (APA)