NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərənAzərbaycan Ordusunun sülhməramlıları Əfqanıstandan çıxarılır. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində 5 mindən çox hərbçinin Əfqanıstandan çıxarılması gözlənilir. Qeyd olunub ki, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir. Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden may ayının 1-dən başlayaraq ABŞ qoşunlarının Əfqanıstandan çıxarılacağını bəyan edib.