Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimlərinin aktiv fazası başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq minaatan bölmələri aşkar olunan müxtəlif hədəfləri məhv ediblər. Təlimlər fevral ayının 1-dən 12-dək keçiriləcək. Qeyd edək ki, “Qış təlimi-2021”də Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə yanaşı Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edir. https://youtu.be/JeaiKA6N3Iw