Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub
Avqustun 5-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyət, yanğınların söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması əməliyyatları, Azərbaycanlı yanğınsöndürənlərin bu əməliyyatlarda iştirakı məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Mevlüt Çavuşoğlu Azərbaycan tərəfinin meşə yanğınlarının söndürülməsində Türkiyəyə yardımına görə minnətdarlıq ifadə edib.
Ceyhun Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və bu çətin günlərdə Türkiyəyə hər cür yardımı göstərməyə hazır olduğumuzu bir daha vurğulayıb.
Əlaqəli xəbərlər
-
Azərbaycanda 1000 manat maaşla yaşamaq mümkündür? - Ailə xərcləri hesablandı
-
Azərbaycan qazı yeni bazara çıxdı – Suriyaya ixrac 2,8 dəfə artıb / TƏHLİL
-
Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı
-
Maaşdan tutulan vergi artır - 1000, 1500 manat alanlar nə qədər itirəcək?
Növbəti xəbər yüklənir...