Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 350 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47366 vaksin vurulub. Bbir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41631, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı5735 nəfərdir.