Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı rəsmi məlumata görə, Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov 9 fevral 2020-ci növbədənkənar parlament seçkilərində rəqiblərini 57,1 faizlik səslə geridə qoyub. Qanunvericiliyə əsasən, C.Məmmədov yeni formalaşacaq parlamentdə təmsil olunacağından hazırki rektor vəzifəsini icra edə bilməz. Xatırladaq ki, C.Məmmədov Prezidentin 31 may 2018-ci il sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin olunub.