Azərbaycan-İraq Birgə Komissiyasının iclası keçiriləcək

Azərbaycan və İraq İqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclası keçiriləcək.

Bunu noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü zamanı bildirib.

Dövlət başçısı İqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclasının keçiriləcəyini və onun iqtisadi-ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını dedi.

Əvvəlki məqalə

Argentina BRİKS-ə üzv olmaqdan imtina etdi

Sonrakı məqalə

Londonda bir butulka viski 2,7 milyon dollara satılıb –