Azərbaycan Olimpiadada 30 -cu pillədə yer aldı

Azərbaycanın Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında tutduğu pillə məlum olub.

Apasport.az xəbər verir ki, aktivində 2 qızıl, 2 gümüş, 3 bürünc medal olan Azərbaycan sıralamada Xorvatiya ilə birgə 30-cu pilləni bölüşüb.

Ümumilikdə 7 medal qazanan komandamız medal sayında Tokio Olimpiadası ilə bərabər nəticə göstərib.

Qeyd edək ki, qızıl medalları cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qazandırıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.