Ermənistan Ordumuzun mövqelərini atəşə tutub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 16-sı saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Əvvəlki məqalə

Azərbaycanla Türkiyə arasında hərbi təhsil və kadr hazırlığı müzakirə olunub

Sonrakı məqalə

Bakı–Tbilisi–Ceyhan kəməri ilə neft nəqli azalıb