Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları Xankəndi şəhərinin şimalında xidməti fəaliyyətə başlayıb.
Azpost.info bildirir ki, bu barədə foto sosial şəbəkədə paylaşılıb.
Görüntüdə Azərbaycan polis əməkdaşları məşhur “Biz və bizim dağlar” abidəsinin qarşısında durduğu əks olunub.
“Biz və bizim dağlar” abidəsi 1967-ci ildə qoyulub. “Biz və bizim dağlar” abidəsi keçmiş Azərbaycan SSR DQMV-in Əsgəran rayonunda, Xankəndi şəhəri yaxınlığında 1967-ci ildə ucaldılıb. Abidənin müəllifi Azərbaycan vətəndaşı, erməni mənşəli memar Sarkis Baqdasaryandır.
Abidə Azərbaycan SSR ərazisində Azərbaycan SSR büdcəsindən ayrılmış vəsait hesabına yaradılıb.