Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlandı

10 Mart 2021 - 11:20

Martın 9-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 21 204 nəfər vaksinasiya olunub.

“Koronavirusinfo” xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 428 635 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.