“Azərbaycanda müəllimlərin 83 faizini qadınlar təşkil edir” –

Təhsil naziri
08 Mart 2021 - 14:43

“Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qadınlar aparıcı mövqeyə sahibdirlər. Təhsil prosesinin də mərkəzində qadınlar dayanır”.

Bu sözləri təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində paylaşıb. O qeyd edib ki, Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir: “Əminliklə deyə bilərik ki, fədakar ruhlu xanımlarımız hər bir Vətən övladının yetişməsində həm ana, həm müəllim kimi 2 qat təsirə malikdirlər. Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar. 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram”.