Azərbaycanda peyvənd olunan vətəndaşların sayı 300 mini keçib

03 Mart 2021 - 11:37

Martın 2-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20 903 nəfər vaksinasiya olunub. 

“Koronavirusinfo.az” xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 313 582 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.