Azərbaycanda son sutkada 223 nəfər COVID-19-a yoluxub –

176 nəfər sağalıb, 2 nəfər vəfat edib
23 Fevral 2021 - 14:51

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 8 043, hazırkı dövrədək isə 2 563 101 test aparılıb.