Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində 7 928, hazırkı dövrədək isə 2 618 808 test aparılıb.
Azərbaycanda indiyədək ümumilikdə 235333 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 229143 nəfər müalicə olunaraq sağalıb, 3230 nəfər vəfat edib, aktiv xəstə sayı 2960 nəfərdir.