Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 67 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 822 171 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 701 nəfər müalicə olunaraq sağalıb, 9 927 nəfər vəfat edib, aktiv xəstə sayı 543 nəfərdir.
Ölkədə son sutka ərzində 1 780, hazırkı dövrədək isə 7 273 091 test aparılıb.