Azərbaycanın bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü təyin olunub

- SİYAHI
07 May 2020 - 16:32

Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

APA-nın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Əmirov Cəmil Fikrət oğlu

Göyçayev Teymur Ənvər oğlu

Xanı-zadə Bəxtiyar Oqtay oğlu

Kərimov Fəxrəddin Nuri oğlu

Quliyev Qabil Əzizulla oğlu

Şərifov Vaqif Abdulla oğlu

Tağızadə İranə Tofiq qızı.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.