Azərbaycanın qeyri-neft ixracı nə qədər artıb? –

Mikayıl Cabbarov Tvitterdə açıqladı
06 May 2021 - 16:28

“Bu ilin yanvar-aprel aylarında ilkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın qeyri-neft ixracı 26,5% artıb”.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, təkcə aprel ayında 62,5% artım qeydə alınıb.

“Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. Pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir”, – nazir əlavə edib.

Qeyd edək ki, bu ilin I rübü ərzində Azərbaycanın ixracı 4,1 mlrd. ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 501,5 mln. dollar təşkil edib.