Bu gün axşam İrəvandan qayıdan xəstələri Xankəndinə Azərbaycanın təcili yardım maşınları aparıb.
Azpost.info bildirir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev bildirib.
“Ozunu pis hiss edən 3 erməniyə yardım göstərilib. Xankəndinə həkimlərimiz ordudan əvvəl daxil oldu. İnteqrasiya prosesini həkimlərimiz başlatdı. Xəstə emənilər 103 nömrəsi ilə müraciət edə bilərlər”-deyə hərbi ekspert yazıb.
**
Baş verən hadisənin təfərrüatları bəlli olub.
Rusiya sülhməramlıları Şuşa həkimlərindən yardım istəyib.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-nın hərbçiləri Laçın-Xankəndi yolunda aksiya keçirilən əraziyə yaxınlaşaraq həkimə ehtiyac olduğunu bildiriblər.
Əraziyə gətirilən xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobili xəstələri Laçın istiqamətinə aparıb. Daha sonra tibbi ləvazimat lazım olduğu və daha bir tibbi maşına ehtiyac olduğu bildirilib. Şuşalı həkimlər xəstələrə ilkin tibbi yardım göstərdikdən sonra onları Xankəndi xəstəxanasına çatdırıblar.