Azərbaycanlı hakim üçüncü Avropa Oyunlarına dəvət alıb

Azərbaycan Milli Karate Federasiyasının baş hakimi Cahangir Babayev növbəti təyinat alıb.

Avropa Hakimlər Komissiyasının üzvü, Olimpiya dərəcəli hakim Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında iş başında olacaq.

Cahangir Babayev, həmçinin oktyabrda təşkil olunacaq “World Combat Came” Oyunlarına baş hakim təyin olunub.

Qeyd edək ki, C.Babayev beynəlxalq reytinq cədvəlində ikinci pillədə qərarlaşıb. Reytinqdə 200 ölkədən 3 mindən artıq hakim yer alıb(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.