“Azəriqaz” Xankəndinə qaz təchizatını həyata keçirmir –RƏSMİ AÇIQLAMA

“Azəriqaz” İstehsalat Birliyinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatının dayandırılması ilə heç bir əlaqəsi yoxdur”.

Bu haqda qurumun dekabrın 14-də yaydığı açıqlamada deyilir.

“Azəriqaz” bildirir ki, sözügedən ərazilərdə qaz təchizatını Ermənistan həyata keçirir və Azərbaycanın qaz təchizatı sisteminə inteqrasiya olunmayıb.

Bununla belə, qeyd edilir ki, yaxın günlərdə soyuq hava şəraiti ilə bağlı qaz xəttinin Azərbaycanın nəzarətində olan ərazilərdən keçən hissəsində texniki diaqnostika işləri aparılacaq: “Ümumilikdə texniki diaqnostikaların həyata keçirilməsi davamlı və təhlükəsiz qazın təchizatına hesablanan addımlardan biri kimi qiymətləndirilir”.

Açıqlamada deyilir ki, Azərbaycanın qaz təchizatının dayandırması haqda deyilənlər beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət edir.

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan hökumətinin Qarabağda ermənilərin yaşadığı ərazilərə qaz verməməsi haqda məlumatlar yayılır.

Əvvəlki məqalə

“Putin, Əliyev və Paşinyan Sankt-Peterburqda görüşə bilər”

Sonrakı məqalə

Səngəçalda yanacaq-sürtkü anbarında yanğın söndürülüb –