Azərbaycan “ADEX” sərgisində yeni PUA-ları nümayiş etdirir – FOTO

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və “Deftech” şirkəti tərəfindən yeni pilotsuz uçuş aparatları hazırlanıb.

APA xəbər verir ki, “Ovçu-G4”, “Turaz”, “Fatum” və “Tilt Rotor” pilotsuz uçuş aparatları 2022-ci istehsalıdır.

“Tilt Rotor” pilotsuz uçuş aparatı uzunmənzillidir, bununla yanaşı, həmçinin yük daşıma imkanı da var.

“Fatum” isə kəşfiyyat aparır, eyni zamanda, zərbə dronudur. Onun effektiv döyüş başlıqları 2 kq-dır. Effektiv istifadə radiusu 10-15 kq hesab edilir. Uçuş məsafəsi 10 km-dir.

“Turaz” isə kəşfiyyat xarakterli pilotsuz uçuş aparatıdır. Onun telemetriya sistemi 30-200 km arası təyinata uyğun olaraq təmin edilə bilir.

“Ovçu–G4” isə infraqırmızı kamera ilə birləşdirilmiş minaatan (82 mm) buraxılış qurğusu ilə təchiz edilib.

Əvvəlki məqalə

Liz Tras yerli sahibkarlar üçün 40 milyardlıq yardım paketi hazırlayır

Sonrakı məqalə

“Danışsam hamı biləcək ki, xəyanətkar kimdir” –