Azərbaycan Avropa İttifaqının Praqa sammitinə dəvət olunub –Liderlər Avropada yeni siyasi birlik yaradır

Azərbaycan və Ermənistan Avropa İttifaqının oktyabrın 6-da Praqda keçiriləcək sammitinə dəvət olunacaq. 

Azpost.info bildirir ki, bu barədə The Guardian məlumat yayıb. Sammitdə qitədə təhlükəsizlik məsələləri ilə məşğul olacaq Avropa siyasi birliyinin formalaşdırlması gözlənilir.

Britaniya da sammitə dəvət olunub. Lakin Türkiyənin dəvət təklifi mübahisə doğurub. Yunanıstan və Kipr bu dəvətin əleyhinə çıxıblar. Buna baxmayaraq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirib ki, Aİ Türkiyəni dəvət etməlidir.

Qonaq qismində Norveç və İsveçrə siyahıya salınıb.  Həmçinin Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan və altı qərbi Balkan dövlətləri dəvət olunur.

Avropa siyasi birliyinin ATƏT-i sıxışdıra biləcəyi barədə ehtiyatlı fikirlər səslənsə də Mişel bildirib ki, liderlər G20-ni, yaxud “Böyük Yeddiliyi” xatırladacaq çox çevik, qeyri-rəsmi orqanın yaradılmasını istəyirlər.

 

 

Əvvəlki məqalə

Lavrov və Mirzoyan Azərbaycanla sülh müqaviləsini müzakirə ediblər

Sonrakı məqalə

Meyvə ilə yulaf orqanizmdə xolesterinin səviyyəsini azaldır