“Azərbaycan-Ermənistan sərhədində vəziyyət çox vahiməlidir”- Matviyenko

Rusiya Azərbaycan – Ermənistan sərhədindəki gərginliyin artmasından narahatdır və bunu dayandırmaq üçün əlindən gələni edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

“Biz bu vəziyyətdən çox nigaran və narahatıq, döyüşləri dayandırmaq üçün, sonra da danışıqlar çərçivəsində hamını qane edəcək variantlar tapmaq üçün əlimizdən gələni edəcəyik. Vəziyyət, doğrudan da, çox vahiməlidir”, – Rusiya rəsmisi qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan hakerləri Ermənistanın ən populyar saytlarından birini dağıdıblar

Sonrakı məqalə

Azərbaycanda daha 559 nəfərdə COVID-19 aşkarlanıb