Azərbaycan Ordusunun tank bölmələrində döyüş hazırlığı yoxlanıb- VİDEO

Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrində döyüş hazırlığının yoxlanması üzrə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ümumqoşun poliqonunda keçirilən tədbirlərdə döyüş maşınlarının idarə olunması, eləcə də şərti düşmən hədəflərinin məhv edilməsi üzrə yoxlama və nəzarət çalışmaları uğurla icra edilib.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən tədbirlərdə hərbi qulluqçular qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

 

Əvvəlki məqalə

Hansı təhlükəli xəstəliklər başgicəllənmə ilə başlayır?

Sonrakı məqalə

Azərbaycan Prezidenti Liviya Dövləti Prezident Şurasının sədri ilə görüşüb