Azərbaycan Prezidentinin sabiq mətbuat katibi vəfat edib

Uzun illər Azərbaycanda Prezidentin mətbuat katibi və mətbuat katibinin müavini vəzifəsini icra etmiş Səlahəddin Quliyev vəfat edib.

Bu barədə məlumat sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

Səlahəddin Quliyev 1994-2004-cü illərdə Azərbaycan Prezidentinin mətbuat katibi və mətbuat katibinin müavini vəzifələrində işləyib.

S.Quliyev mərhum prezident Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ona müraciəti imzalayan “91-lərin” üzvü idi.

2017-ci ildə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə  “Əməkdar jurnalist” fəxri adı verilib.

Əvvəlki məqalə

ABŞ Ukrayna üçün daha 275 milyon dollarlıq hərbi yardım ayırdı

Sonrakı məqalə

Silah və hərbi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçidi başa çatıb