Azərbaycan Səfirliyi Araik Arutunyanın Moskva səfərinə münasibət bildirdi

Azərbaycanın Rusiyadakı Səfirliyi özünü qondarma “Artsaxın prezidenti” kimi təqdim edən Araik Arutunyanın Moskvaya “işgüzar səfər” etməsi və Rusiyanın vəzifəli şəxsləri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı açıqlama yayıb.

Səfirlikdən verilən məlumata görə, açıqlamada deyilir:

“Özünü “Artsaxın prezidenti” kimi təqdim edən Araik Arutunyanın Moskvaya “işgüzar səfər” etməsi və burada Rusiyanın vəzifəli şəxsləri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı aşağıdakıları bildiririk. Əldə etdiyimiz rəsmi məlumata əsasən, adıçəkilən şəxs Moskvaya şəxsi işləri ilə əlaqədar gəlmiş və burada bəzi soydaşları ilə görüşmüşdür. Qısamüddətli səfər zamanı Rusiyanın heç bir dövlət qurumunun nümayəndəsi tərəfindən qəbul edilməmişdir. Səfirlik bir daha qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada 1995-ci ildən bəri görünməmiş bahalaşma –

Sonrakı məqalə

Lavrov ingilis nazirlə danışıqlarını “lal və karın söhbəti” adlandırıb