“Azərbaycan Sənaye Korporasiyası”nın Müşahidə Şurasına yeni sədr təyin olunub

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri dəyişib.

Bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.

Sərəncama əsasən, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Taleh Kazımov olacaq. Bundan əvvəl Müşahidə Şurasının sədri Elman Rüstəmov idi.

Əvvəlki məqalə

Ukrayna ordusu Donetsk istiqamətində irəliləyib, Ozernoye azad edilib –

Sonrakı məqalə

Azərbaycanda həbsdə olan 4 erməni hərbçi azad edilib-