“Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ABŞ-a sərf edir”-Rusiyalı politoloq Markov

“Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ABŞ-a sərf edir”.

Azpost.info xəbər verir ki, bunu tanınmış rusiyalı politoloq Sergey Markov deyib.

Politoloq son yaşananları Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin 2022-ci ilin iyulunda İrəvana səfəri, eləcə də Ermənistanın müdafiə naziri Suren Papikyanın ABŞ-a səfəri ilə əlaqələndirib: “Bu işdə Paşinyanın əli ola bilər. Təsadüfi deyil ki, Ermənistanın müdafiə naziri bu yaxınlarda ABŞ-da, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru isə Ermənistanda idi. Gərginlik ən çox ABŞ üçün sərfəlidir. Düşünürəm ki, onlar Ağ Evdə Paşinyanı razı salmaq üçün arqumentlər tapıblar. Bu, onun Ermənistanı Rusiyadan çıxarmaq planına uyğundur. Paşinyan deyəcək ki, görürsünüz, Rusiya KTMT sazişinə görə kömək etmir, KTMT-dən, Avrasiya İqtisadi İttifaqından çıxıb amerikalıların, fransızların yanına getmək lazımdır. ABŞ istəyir ki, İrəvan Rusiyadan öz hərbi birləşmələrini təqdim etməyi, yəni Rusiya üçün ikinci cəbhə yaratmağı tələb etsin. Ruslar üçün Ukrayna ilə yanaşı, ikinci cəbhə də açılsın”.

Markovun sözlərinə görə, Rusiya öz qoşunlarını göndərməkdən imtina edərsə, Ermənistanda anti-Rusiya əhvalı güclənəcək, İrəvan Avrasiya İqtisadi İttifaqından və KTMT-dən çıxacaq. Politoloq əlavə edib ki, Rusiya vəziyyətə Ermənistan tərəfdən müdaxilə edərsə, Azərbaycan da Türkiyə tərəfindən dəstəklənəcək.

Azpost.info

Əvvəlki məqalə

Erkən nikahların cəmiyyət üçün fəsadları

Sonrakı məqalə

Rusiya XİN-dən Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı