“Azərbaycan, Türkiyə və Özbəkistan qardaşlığın möhkəmləndirilməsi yollarını müəyyən edir”- Ceyhun Bayramov

Azərbaycan, Türkiyə və Özbəkistan qardaşlığın və tərəfdaşlığın möhkəmləndirilməsinin gələcək yollarını müəyyən edir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov özünün tviter hesabındakı paylaşımlarında bildirib.

“Qlobal təhlükəsizlik, sabitlik və iqtisadi inkişafa qarşı artan çağırışlar dövründə yeni üçtərəfli Azərbaycan, Türkiyə və Özbəkistan platforması regional əməkdaşlığı inkişaf etdirmək, sülh, təhlükəsizlik və rifah içində ölkələrimizin ortaq maraqlarını həll etmək üçün mövcud səylərə uyğun gəlir”, – XİN rəhbəri qeyd edib.

Əvvəlki məqalə

UEFA Çempionlar Liqası:

Sonrakı məqalə

Aşura günü qanvermə aksiyaları bu ünvanlarda keçiriləcək – SİYAHI