Azərbaycan UEFA reytinqində xal ehtiyatını yenidən artırıb

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Macarıstanın “Ferentsvaroş” klubu ilə 1:1 hesablı ev heç-heçəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0,125 xal gətirib.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 1,375-ə, son 5 mövsümdə isə 14-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci sırada 15,125 xalla Polşa qərarlaşıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.