Azərbaycan və Ermənistana səfər edən jurnalistlərin adları açıqlandı –Dağlıq Qarabağ və Gəncəyə kimlər gedib? (SİYAHI)

Noyabrın 17-dən 21-dək Ermənistan və Dağlıq Qarabağ jurnalistlərinin Azərbaycana və Azərbaycandan olan jurnalistlərin də Ermənistan və Dağlıq Qarabağa qarşılıqlı səfərləri baş tutub. 

Azpost.info bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə,layihə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin razılığı və Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin iştirakı ilə həyata keçirilib.

Azərbaycanlı jurnalistlər Azərbaycanın işğal altında olan hissəsinə-Dağlıq Qarabağa, ermənilər isə Gəncəyə gediblər.

Ermənistandan Bakıya “Şant” TV-nin icmalçısı Artyom Yerekyan, “Mediamaks” İA-nın baş redaktoru David Alaverdiyan, və separatçı rejimin “İTV”-nın əməkdaşı Edqar Elbakyan gəlib.

Azərbaycandan isə Ermənistana “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1news.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib.

Hər iki tərəfi təmsil edən jurnalistlər ictimai qurumlarla, həmkarları ilə görüşüblər, şahmat məktəbində olublar.

Azərbaycanlı jurnalist Elşən Rüstəmov İrəvanda,Göy Məsciddə.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

BMT Baş katibinin müavini Azərbaycan Prezidentinə məktub göndərib

Sonrakı məqalə

Azərbaycan jurnalistləri Ermənistanda və Dağlıq Qarabağda olublar –