“Azərbaycana qarşı təhlükə Türkiyəyə qarşı təhlükədir” –AKAR BƏYANAT VERDİ

Azərbaycana qarşı təhdid haradan gəlir-gəlsin, tək ordu, tək güc və tək yumruq olarıq.

NTV xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Hulusi Akar Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını səmimi şəkildə arzuladıqlarını vurğulayıb.

“Hardan və kimdən gəlməsindən asılı olmayaraq, Türkiyə və Azərbaycana qarşı təhlükə və ya təxribatın hər iki ölkəyə qarşı olduğunu qəbul edirik. Dostumuzu birlikdə dost görür, düşmənimizi də düşmən bilirik. Buna kimsənin şübhəsi olmasın“, – Türkiyə milli müdafiə naziri deyib.

Əvvəlki məqalə

“Hazırda danışıqlar üçün heç bir perspektiv görmürük”

Sonrakı məqalə

Çin etnik mənsubiyyəti müəyyən edən izləmə proqramı hazırlayıb