Azərbaycanda 800-dən çox məktəb qəzalıdır

“Hazırda 800-dən çox məktəb qəzalıdır. Bunları eyni ildə təmir etmək mümkün deyil”.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, bu, mərhələli şəkildə aparılır:

“Elə məktəblər var ki, həqiqətən də ürəkaçan deyil. Amma eyni zamanda bunu gündə düzəltmək mümkün deyil, yavaş-yavaş düzəldilir. 4 məktəbdən 3-ü təmirlidir və yaxşı vəziyyətdədir, bu, təhsil tariximizdə ən yaxşı vəziyyətdir. İl ərzində təxminən 100 məktəb təmir olunur. Hər rayonda il ərzində təxminən 1 və ya 2 məktəbi düzəltməyə çalışırıq. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən də məktəblər düzəldilir. Birinci olaraq ən böyük və daha pis vəziyyətdə olan məktəblər təmir edilir”.

Əvvəlki məqalə

Türkiyədə prezident seçkilərinin təxirə salınması müzakirə edilmir

Sonrakı məqalə

“İlk günlər istədiyimiz fəaliyyəti həyata keçirə bilmədik, halallıq istəyirəm”