Azərbaycanda daha 352 nəfər COVID-19-a yoluxub-143 nəfər sağalıb,2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235 014 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 228 982 nəfər müalicə olunaraq sağalıb, 3 225 nəfər vəfat edib, aktiv xəstə sayı 2 807 nəfərdir.

Ölkədə son sutka ərzində 7996, hazırkı dövrədək isə 2610880 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı, Sumqayıt və Abşeron rayonu üzrə pensiyalar martın 5-də ödəniləcək –

Sonrakı məqalə

“Badamdarda sürüşmə zonasında vəziyyət stabildir” –