Azərbaycanda daha 495 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 495 yeni yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 1 962 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 295, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 248, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1200, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 219 nəfərdir.

Əvvəlki məqalə

Ölkə ərazisində hava küləkli və yağıntılı olacaq

Sonrakı məqalə

Dünya üzrə koronavirusa yoluxma 9 faiz azalıb