Azərbaycanda daha 6 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 828 825 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 497 nəfər müalicə olunaraq sağalıb, 10 138 nəfər vəfat edib, aktiv xəstə sayı 190 nəfərdir. Ölkədə son sutka ərzində 1 583, hazırkı dövrədək isə 7 537 871 test aparılıb.

Əvvəlki məqalə

Bakı-Xırdalan-Bakı istiqamətində əlavə reys təyin edilib

Sonrakı məqalə

Əməkdar artist Ruzə İbişovanın doğum günüdür