Azərbaycanda daha 65 nəfər COVID-19-a yoluxub- Operativ Qərargah

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 829076 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818672 nəfər müalicə olunaraq sağalıb, 10 147 nəfər vəfat edib, aktiv xəstə sayı 257 nəfərdir.

Ölkədə son sutka ərzində 1469, hazırkı dövrədək isə 7 545 086 test aparılıb.

Əvvəlki məqalə

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinə səfərin qiyməti açıqlanıb

Sonrakı məqalə

Prezident İlham Əliyev Ərdoğanla görüşüb