Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,50 ABŞ dolları, yaxud 0,53 % azalaraq 94,11 ABŞ dolları təşkil edib.

Bu barədə  neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 92,34 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Əvvəlki məqalə

Mehriban Əliyeva Müslüm Maqomayevlə bağlı paylaşım edib

Sonrakı məqalə

Avqust ayı üzrə pensiya ödənişi tam yekunlaşıb