“Azərbaycanda türk ordusunun modelini yaratmaq əzmindəyik”-  “Sənəddə qarşılıqlı hərbi yardım məsələləri təsbit edilir” (İLHAM ƏLİYEV)

“Türkiyə ilə hərbi sahədə iş birliyimiz davam edəcək. Türk ordusu NATO-da güc baxımdan ikinci ən güclü ordudur. Biz Azərbaycanda türk ordusunun kiçik modelini yaratmaq əzmindəyik”

Azpost.info bildirir ki, bu sözləri prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında iki ölkə arasında hərbi əməkdaşlığın perspektivinə dair danışarkən deyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan müharibə dövründə yen təcrübə topladı: “Ordumuz demək olar ki, müharibələrdə iştirak etmirdi. Nəzəri baxımdan yanaşırdıq. Müharibə təcrübədir, bundan nətcilər çıxardıq”.

“Müharibə dövründə çatışmamazlıq olub. Bunu gizlətmirik. Ali baş komandan kimi qəbul etdiyim qərarlar göstərdi ki, müəyyən problemlər üzə çıxmışdı. Onalar həll etdik”-deyə İ.Əliyev vurğulayıb.

İ.Əliyev deyib ki, Türkiyə ilə Azərbaycan arasında qanunvericilik bazası var: “Elə sənədlər var ki qarşılıqlı hərbi yardım məsələləri təsbit edilir. Azərbaycana təhdid yarananda bizə arxa duran qardaş Türkiyə olacaq”.

Prezident bildirib ki, müharibənin ilk günündən Türkiyə Azərbaycana dəstək oldu: “Qardaşım, sayın Ərdoğanın sözləri  böyük siyasi dəstək oldu. Bu dünyaya siqanal oldu ki, “kənarda durun!”. Türkiyənin müdafiə naziri Akar, xarici işlər naziri Çavuşoğlu, digər yüksək vəzifəli şəxslər birmənalı dəstək nümayiş etdirdilər. Türkiyə ilə Azərbaycan iki qardaş ölkə, bir-birinə ən yaxın ölkələrdir. Odur ki, çağdaş türk ordu modeli bizim üçün ən məqbul modeldir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam və dini konfessiyaların rəhbərləri Xocalı abidəsini ziyarət edib –

Sonrakı məqalə

“Türkiyə ilə Ermənistan sərhədinin bağlı qalmasına ehtiyac qalmır” –