Azərbaycandan ixrac olunan buğdaya 200 dollar gömrük rüsumu tətbiq olunacaq –QƏRAR

Azərbaycandan ixrac olunan buğdanın 1000 kiloqramına 200 ABŞ dolları gömrük rüsumu tətbiq olunacaq.

Bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.

Eyni zamanda Azərbaycandan ixrac olunan buğda ununun da 1000 kiloqramına 200 ABŞ dolları rüsum tətbiq olunacaq. (APA)

Bu Qərar 2021-ci il mayın 1-dək qüvvədədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dəyirmanı olan şəxslərə subsidiya veriləcək –

Sonrakı məqalə

Ali Məhkəmə “Lider TV”-nin şikayətini təmin etməyib