Azərbaycanın çəkdiyi “Atabəylər” bədii filminin tizeri yayımlandı –VİDEO

Azərbaycanda ilk dəfə çəkilən çoxseriyalı “Atabəylər” tarixi bədii serialın tizeri yayımlanıb.

Azpost.info bildirir ki, videoda serialın müxtəlif fraqmentlər daxil edilib.

AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq, ilk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır.

Serialın ilk mövsümünün 24 bölümdən ibarət olması nəzərdə tutulub.

Çoxseriyalı televiziya filminin çəkilişi Türkiyədə və ölkəmizdə fəaliyyət göstərən peşəkar kino işçilərindən formalaşdırılan yeni prodakşn “Şahdağfilm” tərəfindən aparılıb.

Filmdə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə Xatun, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Memar Əcəmi Naxçıvani, Sultan Səncər, Vəzir Kəmaülmülk və başqa şəxsiyyətlərin obrazları təqdim olunacaq.

Serialda tariximizin ən şərəfli dövrlərindən biri olan 12-13-cü əsrlərə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkiləcək, həmin dövrün hərbi-siyasi müstəvisindən başqa, həm də elmi və mədəni sahələrini təmsil edən dühalarının obrazı yaradılacaq.

Qonşu dövlətlərlə münasibət faktoru, tarixi faktların dəqiqliyi və etibarlı mənbələrin üzə çıxarılması üçün AMEA-nın Tarix İnstitutunda mütəxəssislərdən ibarət işçi qrup yaradılıb.

Əvvəlki məqalə

“İstəmirəm ki, uşaqlarımız silah götürüb ölkəni müdafiə etməyə getsinlər”

Sonrakı məqalə

Rusiya “Facebook” və“İnstagram”ın birləşdiyi “Meta”nı ekstremist təşkilat elan etdi