Azərbaycanın Londondakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb

Azərbaycanın Londondaki səfirliyinə hücumla bağlı 8 nəfər saxlanılıb.

APA-nın Britaniya bürosu bu barədə London polisinə istinadən xəbər verir.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir.

London polisinin sözçüsü bildirib ki, onlar yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat aldıqdan sonra hadisə yerinə gediblər. 8 nəfər səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilinərək saxlanılıb.

Əvvəlki məqalə

Azərbaycan səfirliyinə hücum edənlər “The Mahdi Servants Union” radikal qrupun üzvləridir –

Sonrakı məqalə

“Səfirliyimizə hücum vandalizm aktıdır, dinlə əlaqəsi yoxdur” –